İQTİSADİYYAT
Robert Dadli: Neft bazarı pis-yaxşı balanslıdır
Bakı, 10 oktyabr, AZƏRTAC
Neft bazarı pis-yaxşı balanslıdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri BP-nin baş icraçı direktoru Robert Dadli deyib.
“Saudi Aramco” sentyabrdakı hücumlardan sonra hasilatı tez bərpa etdi, bazarı sabitləşdirmək və tələb-təklif tarazlığına nail olmaq üçün böyük iş gördü”, - deyə o bildirib.
“OPEC plus” sazişinin iştirakçılarının neft bazarının sabitliyindən məsul olduğunu deyən R.Dadli bildirib: “Brent” markalı neftin qiyməti ortamüddətli proqnozlara görə 55 dollar/barrel səviyyəsində hesablanıb. Lakin qiymət 50 dollar səviyyəsindən aşağı düşərsə, daha da geriləyə bilər”.
Qeyd edək ki, BP-nin baş icraçı direktoru Robert Dadli öz postunu tərk edir. Gələn ildən R.Dadlini bu postda Bernard Luni əvəz edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]