İDMAN
Robert Kubitsa: Bakı uik-endi ərzində əyləclərlə problemlər var idi
Bakı, 30 aprel, AZƏRTAC
“Williams” komandasının pilotu Robert Kubitsa Bakı yürüşünün lap başlanğıcında az qala divara çırpılacağını etiraf edib.
AZƏRTAC xəbər verir ki, Kubitsanın sözlərinə görə, bu epizod ona fikrini bir yerə cəmləməkdə yardım olub.
“GPBlog” Kubitsanın bu sözlərini sitat gətirir: “Yürüş asan deyildi, üstəlik, təsnifat zamanı divara çırpılmağımla məsələni daha da çətinləşdirdim. Artıq yürüşün birinci kəsiyində mən yenidən az qala divara çırpılacaqdım. Bu epizod mənə yaxşı mənada xəbərdarlıq oldu. Əfsuslar olsun ki, bütün uik-end ərzində mənim əyləclərlə problemlərim var idi. Bu səbəbdən də tormozlama yalnız bolidin bir tərəfində mümkün olurdu.
Yürüşün əvvəlində baş verən epizod mənə fikrimi cəmləşdirməyə kömək etdi. Daha sonra mən artıq yürüşü sakitcə başa vurmağa və finiş xəttini keçməyə çalışdım. Bakıda divarlar çox yaxındır, belə vəziyyətdə ilişmələri pis olan bolidi idarə etmək çox çətindir. Lakin bizim nikbinlik üçün səbəblərimiz var, bizə ən azı yürüşü başa vurmaq nəsib oldu”.