İDMAN


Robert Levandovski Bundesliqanın tarixində ən məhsuldar əcnəbi futbolçu olub VİDEO

Bakı, 11 mart, AZƏRTAC

Almaniya Bundesliqasının 25-ci turunda “Bavariya”nın “Volfsbuq”u məğlub etdiyi görüş (6:0) polşalı hücumçu Robert Levandovski üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, bu oyunda polşalı forvard iki dəfə fərqlənərək Almaniya Bundesliqasının tarixində ən məhsuldar əcnəbi futbolçu olub. O, 196 qolla vahid liderə çevrilib.

Robert 2010-cu ildə Polşanın “Lex” klubundan “Borussiya Dortmund” klubuna, sonra isə “Bavariya”ya transfer olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.