İDMAN


Robert Levandovski əfsanəvi Gerd Müllerin rekordunu təkrarlayıb

Bakı, 16 may, AZƏRTAC

Ötən gün futbol üzrə Almaniya çempionatının 35-ci turu çərçivəsində keçirilən “Bavariya” – “Frayburq” oyunu Münxen təmsilçilərinin hücumçusu Robert Levandosvki üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, matçın 26-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsindən fərqlənən polşalı ulduz futbolçu cari mövsümdə 29 oyunda 40 qol vurub. O, bu göstəriciyə görə “Bavariya” klubunun əfsanəvi futbolçusu Gerd Müllerin rekordunu təkrarlayıb. G.Müller bu nailiyyəti 1971-1972-ci il mövsümündə reallaşdırıb.

R.Levandovski cari mövsümdə bütün turnirlərdə 34 oyunda 45 dəfə fərqlənməyə nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.