İDMAN
Robert Levandovskinin iki ötürməsi və bir qolu “Bavariya”ya qələbə qazandırıb
Bakı, 26 fevral, Nicat Məmmədov
Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, mərhələnin maraq doğuran oyunu “Stenford Bric” stadionunda oynanılıb. İngiltərənin “Çelsi” klubu Almaniyanın “Bavariya” komandasını qəbul edib.
Birinci hissədə komandalar fərqlənməyə yaxın olsa da, hesab açılmayıb.
Matçın 50-ci və 51-ci dəqiqələrdə almanlar ardıcıl iki qol vurub. Serj Qnabri dublun rəsmiləşdirib.
Görüşün 76-ci dəqiqəsində “Bavariya” hesab arasındakı fərqi üç topa çatdırıb. Robert Levandovskiy adını tabloya yazdırıb - 0:3.
Oyunun 84-cü dəqiqəsində London təmsilçisi azlıqda qalıb. Markos Alonso birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Bu komandalar arasındakı cavab görüşləri martın 18-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]