İDMAN


Roberto Bordin: Bu gün bizim günümüz deyildi

Bakı, 10 dekabr, AZƏRTAC

Çox da yaxşı oyun nümayiş etdirə bilmədik. Ənənəvi hücumlar qurmağı bacarmadıq və böyük risklər etmədik. Yalnız sona yaxın riskə gedib, qol vurmağa çalışdıq. Boş zonalar tapmağa çətinlik çəkirdik, tapanda isə fürsətdən istifadə edə bilmədik. Düşünürəm, bu gün bizim günümüz deyildi.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sumqayıt” klubu ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

“Flaqman”ın italyan baş məşqçisi deyib: “Biz daha çox qələbə qazanmaq istəyirdik ki, rəqiblərimizlə xal fərqini çoxaldaq. Bu il çempionatda son oyunumuz oldu. Baqali Dabonun mövqeyində Namik Ələskərov oynadı, pis çıxış etmədi. Hələ ki, turnir cədvəlində birinci yerdəyik. Əlbəttə, qalib gəlmək istəyirdik, təəssüf ki alınmadı. Diqqətimizi gələn oyunlara yönəltməliyik. Qarşıda bizi vacib oyunlar gözləyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.