İDMAN


Roberto Bordin: Bu oyun bütün komandanın qələbəsidir

Bakı, 19 iyul, Nicat Məmmədov, AZƏRTAC

Çətin oyun olacağını bilirdik. Futbolçularıma tapşırmışdım ki, rəqibə ciddi yanaşsınlar.

AZƏRTAC xəbər verir ki, bunları “Neftçi”nin baş məşqçisi Roberto Bordin Bakıda Moldovanın “Speranta” komandasını 6:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, görüşün əvvəlində çətinlik çəkiblər: “Bəziləri asan qələbə qazandığımızı düşünə bilər. Ancaq matçın əvvəlində çətinlik yaşadıq. Futbolçularımı oyuna köklənərək qalib gəldikləri üçün təbrik edirəm. Bu, bütün komandanın qələbəsidir. Oyunçuların hamısı özlərini yaxşı göstərdilər. İsmayıl Zülfüqarlı da gənc olmasına rəğmən, yaxşı çıxış etdi. Qol vurması mənim üçün hədiyyə oldu. Ulduz xəstəliyinə düşsə, onu tez sağaldarıq. Belə bir şeyin olacağına inanmıram. Verdiyimiz şansdan düzgün istifadə etməlidir. Öz üzərində çox çalışmalıdır. Hücumçumuz Rauf Əliyevin iki oyunda 9 qoldan heç birini vurmamağı bizim üçün pis siqnal deyil. Ürəyimizcə olmayan başqa nüanslar var. Onların üzərində işləyəcəyik. Azərbaycan futbol tarixində ilk dəfə 6:0 hesablı ev qələbəsi qazandığımız üçün sevinirəm. Amma topu özümüzdə saxlamaqla bağlı problem var. Bunun üzərində çalışacağıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.