İDMAN


Roberto Bordin: Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq

Bakı, 20 aprel, Nicat Məmmədov, AZƏRTAC

Oyunun nəticəsindən razı qaldım. Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq. Oyun, xüsusilə ilk hissə çətin keçdi. Rəqibin də hesabı açmaq imkanı var idi, amma bizim şanslarımız daha real idi. Mirabdullanın 100 faizlik epizodunu xüsusilə qeyd edərdim. Fasilədən sonra futbolçularımız tempi daha da artırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 25-ci turun "Sabah” klubu ilə oyunsonrası təşkil olunmuş mətbuat konfransında söyləyib.

İtalyan mütəxəssis deyib: “Rəqibin bir nəfər azlıqda qalması da xeyrimizə oldu. Sonda iki top fərqini qoruya bildik. Oyunçularımı əzmkarlığa görə təbrik edirəm. Bununla belə, üzüldüyüm məqamlar da var. Zədələnənlər və sarı vərəqə limitini dolduranlar oldu. Bizi sonadək dəstəklədiklərinə görə azarkeşlərimizə təşəkkür edirəm.

Çempionatın sonuna 3 tur qalıb və "Neftçi” liderdən iki xal geridədir. Biz yalnız hər oyunu düşünürük. Artıq bugünkü matçı unudub, növbəti rəqiblə görüşə hazırlaşmalıyıq. Daha sonra növbəti oyunu, nəhayət, ondan sonra isə son qarşılaşmanı düşünə bilərik. Çempionluq uğrunda rəqibimiz "Qarabağ”ın kubokda mübarizəni davam etdirməsinin bizim xeyrimizə olub-olmadığına gəlincə, Ağdam təmsilçisinin mükəmməl heyəti var, amma mən ancaq öz komandam haqda düşünürəm”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.