İDMAN


Roberto Bordin: Say azlığında olmasına baxmayaraq, futbolçular əzmkarlıq göstərdilər

Bakı, 6 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Qələbə münasibətilə komandamı təbrik edirəm. Say azlığında olmasına baxmayaraq, futbolçular əzmkarlıq göstərdilər. Qələbəni Karikariyə həsr edirik. Bildiyiniz kimi, onun anası rəhmətə gedib. Onu da deyim ki, bizi qələbə münasibətilə ilk təbrik edən Karikari oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 7-ci turunda "Sabah” klubu ilə oyunsonrası təşkil olunan mətbuat konfransında deyib.

İtalyan mütəxəssis, həmçinin bildirib: "Emin Mahmudovu yorğunluq əlaməti olduğuna görə əvəzlədik. Ciddi bir şey yoxdur, sadəcə, risk etmək istəmədik. Slavko Braliçin meydandan kənarlaşdırılmasına gəlincə, futbolçu qırmızı vərəqə alıbsa, bu, o demək deyil ki, pis oynayıb. Braliç yaxşı oyun göstərdi. Düşünürəm ki, ikinci sarı vərəqə epizodunda kobud oyun yox idi”.

Roberto Bordin ilk dövrəni də dəyərləndirib: "Əlbəttə, xoşdur ki, ilk dövrəni lider kimi tamamladıq. Amma qarşıda bizi çətin oyunlar gözləyir. Çalışacağıq ki, lider mövqeyimizi qoruyaq”.

Qeyd edək ki, "Bakcell Arena"da keçirilən görüş "Neftçi"nin qələbəsi ilə başa çatıb. Flaqmanın heyətində Emil Mahmudov və Qoran Paratskiy fərqləniblər. Qarşılaşmanın 76-ci dəqiqəsində "Neftçi" klubunun futbolçusu Slavko Braliç qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydançadan kənarlaşdırılıb.

Bu qələbədən sonra "Neftçi" klubu xallarının sayını 19-a çatdıraraq liderliyini qoruyub. "Sabah" isə 10 xalla dördüncü yerdədir. Bir oyun az keçirən “Qarabağ” komandası 16 xalla ikinci pilləni tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.