İDMAN


Roberto Bordin: Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik

Bakı, 16 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün oyunumuz alınmadı və uduzduq. Öz oyunumuzu qurmağa çalışırdıq, amma rəqib bizi əks-hücumlarda tutdu. Təəssüf ki, penalti də əks-hücum zamanı oldu. İkinci qoldan sonra vəziyyət daha da çətinləşdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun dörddəbir final mərhələsində “Sumqayıt”la oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

İtalyan mütəxəssis bildirib: “Bu gün kubok uğrunda mübarizə aparırdıq. Çempionat isə fərqli yarışdır. İndidən çempionluq barədə düşünmək ağılsızlıq olardı. Çünki qarşıda gərgin oyunlar var”.

Baş məşqçi, həmçinin yarımfinala yüksəlmək şanslarının davam etdiyini, növbəti mərhələyə yüksəlmək üçün səfər qarşılaşmasında bütün güclərini səfərbər edib sərfəli nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.