İDMAN


Roberto Karlos 44 yaşında baba olub

Bakı, 13 oktyabr, AZƏRTAC

Futbol üzrə Braziliya yığmasının keçmiş müdafiəçisi Roberto Karlos baba olub.

AZƏRTAC xəbər verir ki, vaxtilə “Real”, “İnter” və “Anji” komandalarında çıxış etmiş 44 yaşlı keçmiş futbolçunun ikinci qızı Covannanın ilk övladı dünyaya gəlib. Körpənin adını Pedro qoyublar.

Roberto Karlos öz instaqram səhifəsində yazıb: “Nəvəm Pedronun doğulması münasibəti ilə qızımı təbrik edirəm. Hər ikisinə cansağlığı və Tanrının xeyir-duasını arzu edirəm”.

Xatırladaq ki, cəmi üç ay bundan əvvəl – bu il iyul ayında Karlosun ikinci xanımının qızı olub. Bu, Karlosun doqquzuncu övladıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.