DÜNYA


Robot “Pepper” Böyük Britaniya parlamentində çıxış edib

Tokio, 17 oktyabr, AZƏRTAC 

Yaponiyada düzəldilmiş “Pepper” adlı insanabənzər robot Böyük Britaniya parlamentinin komitə üzvləri qarşısında çıxış edib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu, Böyük Britaniya parlamentində tarixdə ilk dəfə çıxış edən robotdur.

Böyük Britaniya qanunvericiləri Yaponiyanın “Softbank Group” şirkəti tərəfindən hazırlanan “Pepper” adlı robotun ingilis dilində çıxışını böyük maraqla izləyiblər.

“Pepper” qanunvericilərə yaşlı insanlara xidmət edəcək robotların istehsalı sahəsində əldə edilən uğurlardan danışıb. Qeyd edib ki, layihənin məqsədi səhiyyə sisteminin üzərinə düşən ağır yükü azaltmaqdır. Eyni zamanda, bu layihə yaşlı insanlara sərbəst yaşamaqda, həyat şəraitini yaxşılaşdırmaqda və təklikdən uzaqlaşmaqda kömək edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.