CƏMİYYƏT
Robot vasitəsilə aparılan beyin əməliyyatları
Bakı, 16 iyun, AZƏRTAC
Beyin əməliyyatı son dərəcə böyük həssaslıq tələb edir və əməliyyat zamanı ən kiçik səhv xəstənin həyatına həlledici təsir göstərə bilər. Bəzən dünyanın ən bacarıqlı mütəxəssislərinin həyata keçirdiyi əməliyyat zamanı da həmin səhvlərdən sığortalanmaq mümkün olmur. ABŞ-ın Yuta universitetinin bir qrup araşdırmaçı alimi həmin səhvləri minimuma endirməyə çalışırlar. Qrupun hazırladığı robot mürəkkəb proseduru tamamlamaq üçün lazım olan müddəti əlli dəfə azaltmağa nail olub. Robotun köməyi ilə kəlləni açmaq üçün lazım olan müddəti 2 saatdan 2,5 dəqiqəyə endirilib.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda robotun köməyi ilə mürəkkəb əməliyyatların ilk sübutu həyata keçirilib. Kompüter tomoqrafiyasından əldə edilən göstəricilər robotun sisteminə qoşularaq kəllə sümüyünün həssas nöqtələri müəyyən olunandan sonra robot uzaqdan prosesi həyata keçirib. Əməliyyat müddətinin qısaldılması daha az xərc çəkilməsi və xəstənin anesteziya təsiri altında daha az qalmasına səbəb olub.
Robot texnikası və avtomatika həkimlərin əməliyyat aparmaq formasını tədricən dəyişir. Xəstələrdən bəziləri onların üzərində belə üsulla əməliyyat aparılmasına tərəddüd etsə də, robotlar cərrahi əməliyyatları daha həssas şəkildə həyata keçirirlər.