DÜNYA


Robotlara yeni bacarıqları tez bir zamanda öyrətmək üçün neyron şəbəkə yaradılıb

Bakı, 27 aprel, AZƏRTAC

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri robotlara yeni bacarıqları tez bir zamanda öyrətməyə imkan verən neyron şəbəkə yaradıblar.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, icad edilən yeni texnika bir neçə dərs vəsaitinin köməyi ilə ağıllı maşınları yenidən proqramlaşdırmağa imkan verir. Alimlər tərəfindən sınaqdan keçirilən robotlar yeni bacarıqları çox tez – cəmi 10-15 dəqiqə ərzində öyrəniblər.

Nümunə olaraq ekspertlər əşyaların boşaldılması və çeşidlənməsi ilə məşğul olan anbar robotlarını göstəriblər. Bir qayda olaraq, maşınlar xüsusi yüklərlə, məsələn, stəkan və qablarla işləmək üçün öyrədilir.

Mütəxəssislər tərəfindən yaradılan neyron şəbəkə 3D obyektlərin skan edilməsi metoduna əsaslanır. Cihaza bu və ya digər obyekti hər iki tərəfdən göstərdikdən sonra maşın özü onunla nə edəcəyini başa düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.