SİYASƏT


Rodez şəhərində azərbaycanlı əsgərin xatirəsi yad edilib

Rodez, 25 oktyabr, AZƏRTAC 

Azərbaycan dövləti İkinci Dünya müharibəsində vətəndən uzaqda başqa millətlərin nümayəndələri ilə Fransanın azadlığı uğrunda çiyin-çiyinə vuruşaraq həlak olmuş azərbaycanlı döyüşçüləri unutmur, onların xatirəsini daima yad edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Aveyron departamentinin Rodez şəhərinin qəbiristanlığında dəfn olunmuş azərbaycanlı döyüşçülərin xatirəsini yad etmək üçün şəhər qəbiristanlığında olub.

Səfir İkinci Dünya müharibəsində ölkəmizin qələbənin əldə olunmasındakı rolundan, Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı əsgərlərdən danışıb.

Səfirliyimiz adından Fransanın azadlığı uğrunda döyüşmüş gənc əsgər Mişel Hüseynovun qəbri üzərinə əklil qoyularaq, İkinci Dünya müharibəsində həlak olan azərbaycanlı əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəbiristanlıqda çox sayda naməlum əsgərin qəbri yerləşən məkanda Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində “Fransa uğrunda həlak olan azərbaycanlı döyüşçülərin xatirəsinə” sözləri həkk edilib.

Qeyd edək ki, yerli mətbuat və televiziya kanallarının jurnalistləri anım mərasimində olublar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rodez

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.