DÜNYA


“RomGaz” təbii qaz istehsalını artırır

Bakı, 1 dekabr, AZƏRTAC

Rumıniyanın təbii qaz istehsalçısı olan “RomGaz” şirkəti hasilatını artırır.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “RomGaz” Caragele bölgəsində böyük ehtiyatların aşkar edilməsindən asılı olaraq cari ilin sonuna qədər təbii qaz istehsalını artıracaq.

Caragele bölgəsindən gündəlik 700 min kubmetr təbii qaz çıxarılacaq və dekabrın ortasından etibarən isə istehsal gündəlik 1 milyon kubmetr səviyyəsinə çatacaq.

“RomGaz”ın baş direktoru Adrian Voliniru deyib: “İstehlakçılar üçün bazarda ədalətli qiymətin formalaşması üçün təbii qaz istehsalını artırmaq niyyətindəyik. Eyni zamanda, istehlak edilən ehtiyatların yerinə yeni qaz ehtiyatlarının aşkar olunmasına üstünlük veririk. Ehtiyat yeniləmə nisbəti 70 faiz səviyyəsinə çatıb”.

Qeyd edək ki, Rumıniyanın təbii qaz ehtiyatlarının təxminən 25-27 milyard kubmetr olduğu proqnozlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.