DÜNYA


Roma 2022-ci ildə su idman növləri üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyir

Roma, 20 iyul, AZƏRTAC

Roma 2022-ci ildə keçiriləcək su idman növləri üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, şəhərin meri Virciniya Raqqi bununla bağlı memorandum imzalayıb. Memorandumda şəhər meriyasının yarışlara ev sahibliyi etməkdə maraqlı olduğu diqqətə çatdırılıb.

Qeyd olunur ki, Roma 2009-cu ildə su idman növləri üzrə dünya çempionatına uğurla ev sahibliyi edib. Lakin V.Raqqi 2016-cı ildə şəhər meri seçildikdən sonra Romanın 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək təklifindən imtina edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.