DÜNYA


Roma Papası Fransisk 2018-ci ildə Litvaya səfər edəcək

Vilnüs, 22 noyabr, AZƏRTAC

2018-ci ilin payızında Roma Papası Fransiskin Litvaya səfəri nəzərdə tutulur.

Prezidentin mətbuat katibi Dayva Ulbinaytenin sözlərinə görə, Vatikan həmin səfərin dəqiq tarixini və statusunu yaxın vaxtlarda elan etməlidir.

AZƏRTAC xəbər verir ki, Papanın Litvaya səfəri Litva dövlətinin 100 illiyinə həsr ediləcək. Bu həftə Estoniya KİV-ləri bildiriblər ki, Pontifikin Tallinə səfəri ehtimal edilir.

1993-cü ildə ovaxtkı Papa II İohan Pavel Litvaya səfər etmişdi. Bu, indiyə qədər Roma Papasının bu ölkəyə yeganə səfəri olub.

2011-ci ildə aparılmış siyahıyaalma məlumatlarına görə Litvanın dindar əhalisinin 77 faizi Roma Katolik Kilsəsinin tərəfdarlarıdır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.