DÜNYA


Roma Papası və Əl-Əzhar Baş imamı insanların qardaşlığına dair sənəd imzalayıblar

Əbu-Dabi, 6 fevral, AZƏRTAC 

Əbu-Dabidə Əl-Əzhar İslam Universitetinin baş imamı şeyx Əhməd Al Tayib və Roma Papası Fransisk “İnsanların qardaşlığı” mövzusunda keçirilən beynəlxalq konfransın yekunlarına dair birgə sənəd imzalayıblar.

AZƏRTAC xəbər verir ki, sənəddə tolerantlıq mədəniyyətinin yayılması, sülh, qarşılıqlı anlaşma, terrorizm və ekstremizmə qarşı mübarizə çağırışları yer alıb. Həmçinin iki dini lider silahlı münaqişə bölgələrində qan tökülməsinin qarşısının alınması və günahsız insanların həyatının qorunması üzrə dünya siyasətçilərinə müraciət ediblər. Bu sənədin imzalanması Vatikanla Əl-Əzhar, habelə müsəlmanlarla xristianlar arasında münasibətlərin tarixində ən mühüm addımdır.

Dini liderlər sənədin üç nüsxəsini imzalayıblar: Onlardan biri Vatikanda, ikincisi Əl-Əzharda, üçüncüsü isə Birləşmiş Ərəb Əmirliklərində qalacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.