DÜNYA


Roma Papasının Birləşmiş Ərəb Əmirliklərində keçirəcəyi messanı 120 min nəfərə yaxın insan ziyarət edə biləcək

Əbu-Dabi, 3 yanvar, AZƏRTAC

Roma Papası Fransiskin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində fevralın 3-dən 5-dək pontifikin Əbu-Dabidə nəzərdə tutulmuş ibadətini 120 minə yaxın insan ziyarət edə biləcək.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ibadət “Zayed Sports City” stadionunda təşkil ediləcək.

Roma Katolik Kilsəsi başçısı tarixdə ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Daha əvvəl yayılan xəbərlərdə bildirilmişdi ki, pontifikin Birləşmiş Əmirliklərə səfəri müxtəlif konfessiyaların nümayəndələri arasında tolerantlıq və dözümlülük ideyalarının təşviqi məqsədi ilə həyata keçiriləcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.