İDMAN


“Roma” klubu Dieqo Perotti ilə müqaviləni yeniləyib

Bakı, 7 dekabr, AZƏRTAC

“Roma” futbol klubu yarımmüdafiəçisi Dieqo Perotti ilə müqaviləni yeniləyib.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı xavbek ilə yeni müqavilə 2021-ci ilədək nəzərdə tutulub.

Argentinalı futbolçu “Roma”ya 2015-2016-cı il mövsümündə “Cenoa”dan keçib.

Yarımmüdafiəçi “Roma” klubunun heyətində 78 oyun keçirib və 17 qol vurub.

Qeyd edək ki, Dieqo Perotti UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ” ilə oyunda qələbə qolunun müəllifi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.