DÜNYA


Roma qızılgül bağı payız çiçəklənməsi dövründə müsafirləri qəbul edir

Bakı, 15 oktyabr, AZƏRTAC

Roma qızılgül bağı payız çiçəklənməsi dövrü üçün açılıb.

Bağa gələnlər iki həftə ərzində dünyanın ən geniş nəbatat kolleksiyalarından birində yetişdirilən müasir və qədim qızılgül sortlarının çiçəklənməsini seyr edə bilərlər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Roma şəhərinin qızılgül bağı - "Roseto comunale" payızda qızılgüllərin çiçəklənməsi münasibətilə öz qapılarını oktyabrın 27-nə qədər müsafirlərin üzünə açır.

"Roseto comunale"də Uzaq Şərqdən Cənubi Afrikayadək, Avropadan Yeni Zelandiya və Amerikayadək dünyanın hər yerindən gətirilmiş təqribən 1100 qədim, eləcə də müasir qızılgül sortu yetişdirilir. Bağda min il əvvəl mövcud olmuş çox dəyərli və az tanınan qızılgül sortları bitir. Onların hamısı öz qeyri-adi orijinallığı və gözəlliyi ilə seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.