İDMAN


“Roma” və “Qalatasaray” arasında xeyriyyə oyunu keçiriləcək

“Roma” və “Qalatasaray” arasında xeyriyyə oyunu keçiriləcək

Bakı, 9 fevral, AZƏRTAC

“Roma” və “Qalatasaray” futbol klubları Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədilə xeyriyyə oyunu keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klublar artıq öz aralarında matçın oynanılması üçün razılığa gəliblər. Lakin görüşün dəqiq tarixi hələ müəyyənləşməyib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara görə, fəlakət nəticəsində 14 min 14 nəfər həlak olub, 63 min 794 insan yaralanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.