Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Romada Azərbaycan-İtaliya turizm forumu keçirilmişdir VİDEO

Roma, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Romada ilk dəfə olaraq Azərbaycan-İtaliya turizm forumu keçirilmişdir.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin, İtaliya-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən forumda turizm sahəsində bu ölkədə fəaliyyət göstərən dövlət və özəl qurumların, turizm institutlarının təmsilçiləri və KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri açan Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bildirmişdir ki, Azərbaycanda və İtaliyada turizm sahəsi ilə bağlı müxtəlif mövzuları müzakirə etmək üçün əlverişli imkan yaradan forumun əsas məqsədi ölkələrimiz arasında turizm əməkdaşlığını genişləndirmək və turist axınını artırmaqdır. Qeyd olunmuşdur ki, Azərbaycanda qeyri-neft sektorunun mühüm hissəsinə çevrilmiş turizm sənayesi çox böyük sürətlə inkişaf edir. Bir sıra ölkələrin turizm şirkətlərinin Azərbaycana marağı getdikcə artmaqdadır.

Ölkəmizin turizm sektoru haqqında məlumat verən diplomat bu sahənin inkişafı üçün əməli tədbirlər görüldüyünü, zəruri infrastruktur yaradıldığını vurğulamışdır. Qeyd etmişdir ki, görülən işlərin nəticəsində ölkəmizə turist axını ildən-ilə artır. Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanda bir-birindən gözəl, memarlığı ilə fərqlənən, beynəlxalq standartlara cavab verən bir sıra turizm obyektləri və hava limanları istifadəyə verilmişdir.

Azərbaycan-İtaliya münasibətlərinə toxunan səfir bildirmişdir ki, xalqlarımız arasındakı əlaqələr qədim tarixə malikdir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün əhəmiyyətli addım olmuşdur. Əlaqələrimizin daim yüksələn xətlə inkişaf etdiyini deyən diplomat diqqətə çatdırmışdır ki, Azərbaycan İtaliya üçün mühüm tərəfdaş olan ölkələrdən biridir.

Sonra italiyalı rejissor Daniele Karminati tərəfindən çəkilmiş “Azərbaycan: odlar yurdu” adlı sənədli film nümayiş olunmuşdur.

Forumda çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan-İtaliya dostluq münasibətlərinin qədim tarixə və ənənələrə söykəndiyini vurğulayaraq demişdir ki, yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin daha da inkişaf etməsinə təkan vermişdir. Enerji təhlükəsizliyi, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində geniş əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışan nazir müavini bildirmişdir ki, təkcə son iki ildə İtaliyada Azərbaycan mədəniyyətinə və incəsənətinə dair bir sıra tədbirlər keçirilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” adlı sərgini təşkilini xüsusi vurğulamaq olar. Bütün bunlar mövcud dostluq əlaqələrinin yüksək səviyyəsindən xəbər verir.

Vaqif Əliyev Azərbaycanın dünyada turizm sahəsində önəmli ölkə olduğunu diqqətə çatdıraraq bildirmişdir ki, əlverişli iqlim şəraitinə, füsunkar təbiətə, zəngin mədəni-mənəvi irsə, mətbəx mədəniyyətinə malik Azərbaycanda turizmin inkişaf perspektivləri bir sıra beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilmişdir.

Nazir müavini qeyd etmişdir ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin əyani sübutudur. Bu kimi tədbirlərin nəticəsində ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanda dövlət tərəfindən qış turizminin inkişafına göstərilən dəstəyə də toxunan nazir müavini vurğulamışdır ki, qışda respublikamıza gələn əcnəbi turistlərin sayının artması, ilk növbədə ölkəmizin sürətli inkişafının göstəricisidir. Regionun lider dövləti olan Azərbaycan turizm sahəsində də bir sıra uğurlu layihələr həyata keçirir. Məqsəd ölkəmizə ilin bütün fəsillərində, xüsusən də qış mövsümündə turistləri cəlb etməkdir. Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksi qapılarını qonaqların üzünə açdığı ilk günlərdən turistlərin böyük marağına səbəb olmuşdur. Bu, turizm sahəsində həyata keçirilən ən böyük layihələrdən biridir.

Vaqif Əliyevin sözlərinə görə, Azərbaycanda turizmin inkişafı istiqamətində həyata keçirilmiş önəmli tədbirlərdən biri də elektron viza sisteminin tətbiqidir. Yeni sistemin tətbiqi Azərbaycana turist axınını artırmaqla, bütövlükdə ölkəmizin turizm sektorunun daha da inkişafına gətirib çıxaracaqdır. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır. Müasir mehmanxanalar, ticarət mərkəzləri, restoranlar, muzeylər, beynəlxalq standartlara cavab verən nəqliyyat infrastrukturu, təhlükəsiz mühit, parklar, əyləncə məkanları və yaradılan digər imkanlar ölkəmizin dünyada turizm mərkəzi kimi tanınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Forumun Azərbaycan-İtaliya münasibətlərinin inkişafında mühüm rola malik olduğunu deyən İtaliyanın mədəniyyət və turizm nazirinin müavini xanım Simonetta Giordani ölkələrimiz arasındakı əlaqələrdən danışmışdır. Diqqətə çatdırmışdır ki, bu forum iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək, əlaqələrin inkişafında yeni səhifə açacaqdır. Simonetta Giordani burada aparılan müzakirələrin ölkələrimizin iş adamlarını yeni layihələr həyata keçirməyə təşviq edəcəyinə əminliyini bildirmişdir. Qeyd etmişdir ki, bu cür tədbirlər təcrübə mübadiləsi baxımından da geniş imkanlar yaradır.

Forum işini “Turizm - Azərbaycan və İtaliya arasında münasibətlərin mühüm istiqaməti kimi: imkanlar və perspektivlər”, “Azərbaycan və İtaliya arasında turizm əməkdaşlığının təşviq edilməsi üçün vasitələr”, “Ekoturizm: inkişaf və ətraf mühit”, “İdman turizmində yeni dövr” və digər mövzularda sessiyalar ilə davam etdirmişdir.

Tədbir çərçivəsində ölkəmizin mədəniyyətini, incəsənətini, turizmini və digər sahələrini əhatə edən italyan dilində jurnallar, qəzetlər və kitablar nümayiş olunmuşdur.

Forumda, həmçinin Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri bir sıra görüşlər keçirmiş, ölkələrimizin turizm sahəsində əməkdaşlığı ətrafında geniş müzakirələr aparmışlar.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Romada Azərbaycan-İtaliya turizm forumu keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb