DÜNYA


Romada “Türk filmləri həftəsi” keçirilir

Roma, 29 noyabr, AZƏRTAC

Yunus Əmrə İnstitutunun (YEE) Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Romada “Türk filmləri həftəsi” başlayıb.

AZƏRTAC xəbər verir ki, “Casa Del Cinema” kinoteatrında Türkiyə istehsalı olan “Ömər və biz”, “Ailə arası”, “İyimi?”, “Bizim üçün çempion”, “Ekşi elmalar” və “7-ci koğuşda möcüzə” filmləri Roma kinosevərlərinə təqdim olunub.

Qeyd edək ki, ilk dəfə 2019-cu ildə keçirilən “Türk filmləri həftəsi”nin pandemiya dövründən sonra bu il ikincisi keçirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.