İQTİSADİYYAT


Romada keçirilmiş konfransda Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışılıb

Roma, 21 fevral, AZƏRTAC

İtaliyanın aparıcı beyin mərkəzlərindən olan “Nodo di Gordio”nun təşkilatçılığı ilə Avropa Komissiyası və Avropa Parlamentinin Romadakı İnformasiya Ofisinin binasında “Avropanın böyük enerji oyununda İtaliyanın rolu” adlı konfrans keçirilib. Konfransda İtaliya parlamentariləri, enerji sektorunda çalışan şirkətlərin rəhbərləri, alim və tədqiqatçılar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəmizin neft-qaz sənayesinin tarixi, dünya neft-qaz sənayesinə verdiyi töhfələr və enerji strategiyası barədə məlumat verib. Səfir, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, hazırda Avropanın bir sıra ölkələri, o cümlədən İtaliya üçün önəmli xam neft təchizatçısı olması və Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə təbii qaz təchizatçısına çevriləcəyi barədə danışıb.

“Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən Trans-Adriatik Qaz Boru Kəməri konfransın əsas mövzularından olub. Tədbirdə çıxış edən natiqlər bu layihənin Avropanın enerji təhlükəsizliyi, enerji mənbələri və marşrutlarının diversifikasiyası, habelə İtaliyanın Avropanın təbii qaz mərkəzinə çevrilməsi baxımından strateji əhəmiyyətini vurğulayıblar.

İtaliya mətbuatında konfransla bağlı çoxsaylı yazılar dərc olunub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.