DÜNYA
Romada yaşayış binasında yanğın: 1 nəfər ölüb, 17 nəfər yaralanıb

Roma, 2 iyun, AZƏRTAC
İtaliyanın paytaxtı Romada 7 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, təmir işləri aparılan binada baş verən yanğın qonşu binalara da yayılıb. Hadisə yerinə onlarla yanğınsöndürən və təcili yardım maşını cəlb olunub.
Yanğın nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla, azı 17 nəfər yaralanıb. Yaralılar təcili xəstəxanaya yerləşdiriliblər. Həlak olanların sayının artacağı bildirilir.
Ətrafdakı binalardan ümumilikdə 100-dən çox insan təxliyə olunub. Ərazidə çadır şəhərcikləri qurulub.
İlkin məlumata görə, yanğın binanın qarajında avtomobildən başlayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 04.10.2023 [13:10]
NASA Ayda binalar tikməyi planlaşdırır
- 04.10.2023 [12:58]
Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb
- 04.10.2023 [12:52]
İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib
- 04.10.2023 [12:27]
Birinci Kanalın sabiq redaktoru 8,5 il müddətinə azadlıqdan məhrum olunub
- 04.10.2023 [12:02]
Ukrayna Aİ-yə üzv olacağı təqdirdə 186 milyard avro alacaq
- 04.10.2023 [11:15]
Gürcüstanda zəlzələ olub
Yaşıl mələk kimi
- [13:10]
Bu il 100 uşaq övladlığa verilib
- [12:50]
Gürcüstanda zəlzələ olub
- [11:15]
Müəllim ömrü - ADPU-da tədbir
- [10:45]