Roman Kartanoviç: Bakıda uğur qazandığıma görə çox xoşbəxtəm
AzerTAg.az
Bakı, 28 iyul, AZƏRTAC
Çalışırdım ki, ilk cəhddən yaxşı nəticə göstərim. Belə də oldu. Yaxşı nəticə göstərə bildim. Bakıda uğur qazandığım üçün çox xoşbəxtəm.
Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının oğlanlar arasında diskatma üzrə yarışlarda qızıl medal qazanan, belaruslu Roman Kartanoviç AZƏRTAC-a müsahibəsində bildirib.
Belarus təmsilçisi deyib: “Uğurlu çıxışıma görə əlbəttə ki, ilk növbədə məşqçimə öz minnətdarlığımı bildirirəm. Yarışda ən çətin rəqibim Almaniya təmsilçisi oldu. Lakin qələbə qazanmağı bacardım. Bakıda hər şey ən yüksək səviyyədə təşkil olunub. Burada mübarizə aparmaq üçün idmançılar üçün bütün şərait yaradılıb. Yarışlarda kifayət qədər güclü atletlər mübarizə aparırlar”.
Xəbərin mətnində orfoqrafik səhv var