REGİONLAR


Roman Naudinış: Ağdamda gördüklərimiz vəhşilikdir VİDEO

Ağdam, 9 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdamda gördüklərimiz vəhşilikdir. Keçmiş ekologiya naziri kimi deyə bilərəm ki, bu vəhşilik həm də təbiətə qarşıdır. Meşələr kəsilib, evlər dağıdılıb, elektrik, su təchizatı məhv edilib. Bütün bunlar fəlakətdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Ağdamda səfərdə olan Latviya parlamentinin deputatı, Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafı üzrə qrupunun rəhbəri Roman Naudinış deyib.

Latviyalı deputat erməni siyasi rejiminin törətdiyi rəzilliyi təsvir etməyə söz tapmadığını bildirib: “Bu rəzilliyi görərək yalnız onu deyə bilərəm ki, onlar müdafiə istehkamlarına və qurğularına sərf etdikləri vəsaiti yaxşı olardı ki, öz xalqının təhsilinə, qonşu Azərbaycan, Türkiyə, Gürcüstanla sülh içində yaşamağına sərf edəydilər”.

Roman Naudinış Ağdamın yenidən qurulması ilə bağlı görüləcək işləri yüksək qiymətləndirib: “Quruculuq planları çox doğrudur. İlk mərhələdə biznes üçün infrastruktur qurulacaq. İnsanların məşğuliyyəti üçün müəssisələr tikiləcək. İnsanların burada yaşamaları üçün iş yerləri olacaq. Bizim güclü tikinti şirkətlərimiz, mütəxəssislərimiz, mühəndislərimiz, arxitektorlarımız var. Ümid edirəm ki, biz də bu tikinti-quruculuq işlərində iştirak edəcəyik. Düşünürəm ki, Latviya investorları zavodların tikintisi üçün ilk infrastruktur hazır olanda Azərbaycanla birlikdə bu regionun inkişafında iştirak edə biləcək. İnşallah insanlar tezliklə öz doğma yerlərinə dönəcəklər. Mən bilirəm doğma yerləri itirmək insanlar üçün necə ağırdır. Ümid edirəm ki, növbəti dəfə gələndə çox sevindirici işlər görəcəyik. Allah bu işlərdə iştirak edənlərə qüvvət versin. Birinci və İkinci Qarabağ müharibələrində öz torpaqları uğrunda həlak olanların qarşısında baş əyirəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.