İDMAN
Roman Qrojan: Karyeramda ən mürəkkəb məqam 2018-ci ildə Bakıda baş vermiş insident olub
Bakı, 16 yanvar, AZƏRTAC
“Haas F1” komandasının pilotu Roman Qrojanın karyerasında son 4 ildə uğurlar da çox olub, uğursuzluqlar da. Lakin 2018-ci ildə Bakıda baş vermiş insident ən qəribə hadisə kimi yadda qalıb. O vaxt Qrojanın idarə etdiyi peloton təhlükəsizlik avtomobilinin arxasınca hərəkət edərkən çarxı rezini qızmış və maşın trasın hasarına çırpılmışdı. Hər şeyin təqsirini Markus Eriksonda görürdülər, hərçənd həmin anda İsveç pilot hadisə yerindən uzaqda idi.
AZƏRTAC xəbər verir ki, Qrojanın sözlərinə görə, bu hadisəni hələ də izah edə bilmir. O deyib: “Mən əsl səbəbi hələ də bilmirəm. Pilotluq baxımından bunun izahı yoxdur. İş elə gətirdi ki, təhlükəsizlik avtomobili trasda olarkən mənim maşınım aşdı.
Uik-end baş tutmadı, seçmə yarışlarda bircə dövrə də vura bilmədim və sonuncu olaraq start götürdüm. Yürüş prosesində 6-cı yerə qalxmışdım, sonra bu hadisə baş verdi. Bu hadisə “Haas F” komandasında mənim karyeramda ən mürəkkəb məqam olub”.