DÜNYA


Romanın “Repubblika” metro stansiyası may ayında yenidən istifadəyə veriləcək

Roma, 7 mart, AZƏRTAC

Rusiyalı futbol azarkeşlərinin də xəsarət aldıqları qəzadan sonra bağlanan Romanın “Repubblika” metro stansiyası may ayında yenidən istifadəyə veriləcək.

AZƏRTAC İtaliyanın “ilmessaggero.it” saytına istinadla xəbər verir ki, bu barədə Romanın Nəqliyyat və Ticarət Şurasının rəsmiləri Linda Meleo və Karlo Kafarotti məlumat verib

Xatırladaq ki, ötən il oktyabrın 23-də“Repubblika” stansiyasının eskalatorunun sıradan çıxması nəticəsində qəza baş vermişdi. Hadisə zamanı “Roma” və Rusiyanın “MOİK” klubları arasındakı qarşılaşmanı izləməyə gələn 15 rusiyalı azarkeş də xəsarət almışdı.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.