İDMAN


“Roma”nın kapitanı Daniele De Rossi mövsümü erkən başa vurub

Bakı, 15 aprel, AZƏRTAC

İtaliyanın “Roma” futbol klubunun kapitanı Daniele De Rossi mövsümü erkən başa vurub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 35 yaşlı italiyalı yarımmüdafiəçinin A Seriyasının XXXII turunda “Udineze” ilə görüşün 69-cu dəqiqəsində dizindən zədələnib. Tibbi müayinə zamanı məlum olub ki, De Rossi 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə paytaxt təmsilçisinin kapitanı üçün mövsümün bitməsi deməkdir.

Qeyd edək ki, karyerası ərzində yalnız “Roma” klubunda çıxış edən təcrübəli futbolçu cari mövsümdə 21 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.