MƏDƏNİYYƏT


Romantik obrazlar ustası Gündüz Abbasov-90

Bakı, 20 noyabr, AZƏRTAC

“Elşən” obrazı ilə fransız kinematoqrafçıların diqqətini cəlb edən, ilk sevgisi və ilk evliliyi yarımçıq qalan, son filmi ölümündən sonra ekranlara çıxan, "Bir qalanın sirri" filminin "Elşəni", "Yuxu" filminin "Hidayət əmi"si Gündüz Abbasov yaşasaydı 90 illiyini qeyd edərdi. Onun milli kino sənətinin inkişafına dəyərli töhfələri, çoxsaylı bədii filmlərdə nümayiş etdirdiyi məharəti sayəsində ustalıqla canlandırdığı obrazları illər keçməsinə baxmayaraq, hələ də yaddaşlardan silinməmişdir. O, yaratdığı obrazlarla tamaşaçısını düşündürməyi bacarır, onları yüksək insani keyfiyyətlərə can atmağa yönəldirdi. Noyabrın 20-də Azərbaycanın görkəmli kino aktyoru, xalqımızın sevimlisi, yazıçı, tərcüməçi, rəssam, böyük yaradıcılıq fəaliyyətinə baxmayaraq, heç bir fəxri adı və təltifləri olmayan Gündüz Abbasovun anadan olmasının 90-cı ili tamam olur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Respublika Gənclər Kitabxanası aktyor haqqında “Romantik obrazlar ustası-Gündüz Abbasov 90” adlı videoçarx hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edib.

Videoçarxda Gündüz Abbasovun həyat və yaradıcılığı, sənətə gəlişi, sənət yolu haqqında ətraflı məlumat verilib, onun “Bir qalanın sirri”, “Onun böyük ürəyi”, “Aygün”, “Bizim Küçə”, “Leyli və Məcnun”, “Telefonçu qız”, “Dədə Qorqud”, “İşarəni dənizdən gözləyin”, “Babək” və digər filmlərdə yaratdığı bir-birindən yaddaqalan obrazlarından söhbət açılıb. Kitabxananın əməkdaşı tərəfindən hazırlanan videomaterialda, həmçinin aktyorun baş rolda çəkildiyi və ona böyük tamaşaçı sevgisi qazandıran, onu gənc izləyicilərin sevimli qəhrəmanına çevirən “Bir qalanın sirri” filminin çəkilişində baş verən maraqlı hadisələrdən də danışılır.

Respublika Gənclər Kitabxanasının əməkdaşlarının kinoaktyor, yazıçı, tərcüməçi, rəssam və romantik obrazlar ustası Gündüz Abbasov haqqında hazırladığı videoçarxa https://www.instagram.com/p/CHx9Q4FBZFk/ linki vasitəsilə baxmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.