İDMAN


Romelu Lukaku əfsanəvi futbolçu Benito Lorenzinin uğurunu təkrarlayıb

Bakı, 22 fevral, AZƏRTAC

İtaliyanın “İnter” klubunun hücumçusu Romelu Lukaku təmsil etdiyi komandanın əfsanəvi futbolçusu Benito Lorenzinin 1950-ci ildə əldə etdiyi uğuru təkrarlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu İtaliya çempionatının 23-cü turu çərçivəsində “İnter”in “Milan”a qalib gəldiyi matçda baş verib. Belə ki, belçikalı hücumçu B.Lorenzi kimi ardıcıl dördüncü matçda “Milan”ın qapısına qol vurub.

R.Lukaku bu mövsüm “İnter”in heyətində keçirdiyi 30 oyunda 23 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib. Klub futbolçunu 2019-cu ilin yayında “Mançester Yunayted”dən 74 milyon avroya alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.