İDMAN
Romen Qrojan qasırğaya görə altıtəkərli Formula 1 maşını modeli düzəldəcək
Bakı, 11 oktyabr, AZƏRTAC
“Haas”ın pilotu Romen Qrojan oktyabrın 12-də planlaşdırılmayan istirahət günü nə işlə məşğul olacağını artıq tapıb.
AZƏRTAC xəbər verir ki, “Xaqibis” superqasırğası Yaponiya Qran-Prisi təşkilatçılarını oktyabrın 12-də yürüş keçirməməyə məcbur edib. Üçüncü məşq ləğv edilib, təsnifat isə bazar gününə keçirilib.
Jurnalist Uill Bakston bildirib ki, Romen Qrojan 1970-ci illərin ikinci yarısında Formula 1 traslarında şütüyən altıtəkərli “Tyrrell P34” maşınının modelini düzətməyə hazırlaşır.
O, “Twitter” səhifəsində “Deməliyəm ki, Romen Qrojan sabahkı istirahət gününün ən yaxşı keçirilməsinə görə mükafat alır. O, yerli oyuncaq mağazasından “Tyrrell P34” dəstini, bir qədər yapışqan alıb və bu oyuncağı yığmağa hazırlaşır! Əfsanə” sözlərini yazıb və maşının şəklini yazıya qoşub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]