İDMAN


Ronaldo millinin heyətində ən çox oyun keçirmə rekorduna imza atıb

Ronaldo millinin heyətində ən çox oyun keçirmə rekorduna imza atıb

Bakı, 24 mart, AZƏRTAC

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo rekorda imza ataraq, milli komandanın heyətində ən çox oyun keçirən futbolçu ünvanına sahib olub.

AZƏRTAC xəbər verir ki, 38 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oyuna ilk 11-də başlayıb. Bu, onun millidə 197-ci oyunudur. Oyunun 8-ci dəqiqəsində Joao Cancelonun fərqlənməsi ilə Portuqaliya 1:0 önə keçib. Hazırda oyun davam edir.

Ronaldo Portuqaliya millisinin tərkibində 2016-cı ildə Avropa çempionatının qalibi, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.