İDMAN


Ronaldo sentyabrda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib

Bakı, 8 oktyabr, AZƏRTAC

“Mançester Yunayted” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sentyabrda İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

AZƏRTAC xəbər verir ki, Ronaldo Premyer Liqada keçirdiyi 3 oyunda 3 qol vurduğuna görə bu ada layiq görülüb. Otuz altı yaşlı hücumçu bu nominasiyada Joao Kanselo (“Mançester Siti”), Antonio Rudiger (“Çelsi”), Məhəmməd Salah (“Liverpul”), Allana Sent-Maksimin (“Nyukasl”) və İsmaila Sarrı (“Uatford”) qabaqlayıb.

Xatırladaq ki, Ronaldo Premyer Liqada beşinci, “Mançester Yunayted”ə qayıdışından sonra isə ilk dəfə bu mükafata sahib olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.