İDMAN


Ronaldu 2018-ci il dünya çempionatından bəri ilk dəfə Portuqaliya yığmasına çağırılıb

Lissabon, 18 mart, AZƏRTAC

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu komandanın 2018-ci il dünya çempionatından çıxdığı andan ilk dəfə olaraq Portuqaliya yığmasına çağırılıb.

AZƏRTAC bu barədə İspaniya Futbol Federasiyasının saytına istinadla xəbər verir.

Ronaldu 2020-ci il Avropa çempionatının təsnifat mərhələsinin oyunlarına hazırlaşacaq 25 futbolçudan ibarət siyahıya salınıb. Martın 22-də Portuqaliya yığması Ukrayna ilə, martın 25-də isə Serbiya ilə qarşılaşacaq. Hər iki oyun Lissabonda keçiriləcək.

Keçən ilin oktyabrında Ronaldu Millətlər Liqasında yığmanın oyunlarını ötürüb. Həmin vaxt forvardın amerikalı Ketrin Mayorqa tərəfindən qaldırılan zorlama iddiasına qarşı mübarizədə fikirlərini cəmləşdirmək səbəbindən komandanın toplantılarına qatılmaqdan imtina etməsi bildirilmişdi. Məşqçi Fernandu Santuş daha sonra qeyd edib ki, Ronaldunun özü ona fasilə verilməsini istəyib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.