İDMAN


Ronaldu Çempionlar Liqasında matçların sayına görə üçüncü yerə yüksəlib

Bakı, 18 oktyabr, AZƏRTAC 

“Real” klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Tottenhem”ə (1:1) qarşı oyunda start heyətdə meydana çıxıb.

AZƏRTAC xəbər verir ki, 32 yaşlı portuqaliyalı futbolçu üçün bu, turnirdə 143-cü oyun olub. Bu göstəriciyə görə, Ronaldu “Real”ın eks-forvardı Raulu (142) ötüb.

Çempionlar Liqasında Ronaldudan çox oynayan “Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi (151) və “Real”ın keçmiş qapıçısı İker Kasilyasdır (166).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.