İDMAN


Ronaldu “Instagram”da ən populyar insandır

Bakı, 30 oktyabr, AZƏRTAC

“Yuventus” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu “Instagram”da ən populyar insan hesab olunur.

AZƏRTAC xəbər verir ki, futbolçunun sosial şəbəkədəki səhifəsində 144 milyon 200 mindən çox insan qeydiyyatdan keçib. Ronaldu bu göstəriciyə görə müğənni Selena Qomesi (144 milyon izləyici) üstələyib.

Xatırladaq ki, bu yay 33 yaşlı forvard 117 milyon avro müqabilində Madridin “Real” klubundan “Yuventus”a keçib. İtalyan klubunun tərkibində oynadığı 12 matçda o, 7 qolun və qolla nəticələnən 5 ötürmənin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.