DÜNYA


“Rosatom” “Akkuyu” layihəsindəki səhmlərini mərhələli şəkildə satacaq

Bakı, 3 dekabr, AZƏRTAC

“Rosatom” Dövlət Korporasiyası Rusiyanın layihəsi əsasında Türkiyədə tikilən “Akkuyu” atom elektrik stansiyası (AES) üzrə səhmlərini mərhələli şəkildə satacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Rosatom”un baş icraçı direktoru Aleksey Lixaçov deyib. O bildirib ki, “Rosatom” “Akkuyu” layihəsindəki 49 faizlik səhmini hamısını satmağı düşünmür. Bu səhmlər bir neçə mərhələdə investorlara təklif ediləcək. Hazırda səhmlərin satışı üçün investor axtarılır.

Qeyd edək ki, “Akkuyu” AES-in ilk fazasının 2023-cü ilin yazında istifadəyə verilməsi nəzərdə tutulur. Bununla bağlı Rusiya-Türkiyə hökumətlərarası saziş 2010-cu ildə imzalanıb. Layihənin dəyəri 20 milyard dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.