DÜNYA


“Roskosmos” qəzadan sonra kosmosa daha bir daşıyıcı raket göndərəcək

Bakı, 1 noyabr, AZƏRTAC

Oktyabrın 11-də içərisində Beynəlxalq Kosmik Stansiyanın (BKS) ekipajı olan "Soyuz MS-10" daşıyıcı raketinin qəzaya uğramasından sonra “Roskosmos” dekabrın 3-də kosmosa yeni ekipaj göndərməyi qərara alıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, dekabrın 3-də Qazaxıstandakı “Baykonur” kosmodromundan BKS-yə göndəriləcək raketin texniki vəziyyəti, xüsusən verici cihazı yoxlanılır. Məlumdur ki, oktyabrda baş vermiş və 1983-cü ildən bəri Rusiyada ən ciddi raket qəzası sayılan bundan əvvəlki missiyanın uğursuzluğu məhz verici cihazda olan nasazlıqla əlaqəli idi.

“Roskosmos”un pilot proqramının icraçı direktoru Sergey Krikalyov bildirib ki, BKS-i uzun müddət pilotsuz rejimdə qoymamaq üçün raketin dekabrın sonuna nəzərdə tutulan buraxılışı dekabrın 3-də həyata keçiriləcək və həmin ayın 20-də stansiyada növbəsi başa çatan ekipajın Yerə qayıtması planlaşdırılır. Hazırda stansiyada üç kosmonavt - rusiyalı Sergey Prokopyev, amerikan və avropalı astronavtlar Serena Aunyon və Aleksander Gerst fəaliyyət göstərirlər. Onları növbəti ekipaj üzvləri – Oleq Kononenko (“Roskomos”), Enn Makkleyn (NASA) və David Sen-Jak (Kanada Kosmik Agentliyi) əvəz edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.