DÜNYA


“Rosneft” İraq Kürdüstan Regional Rəhbərliyi ilə neft kəşfinə başlamaq barədə razılığa gəlib

Bakı, 19 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) ilə Şimali İraqdakı 5 blokda neft kəşfinə başlamaq barədə razılığa gəlib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Rosneft” bunun üçün İKRR-yə 400 milyon dollar vəsait ödəyəcək. Şirkət buradan hasil edilən neft hesabına 200 milyon dollar gəlir əldə etməyi nəzərdə tutur. Yataqlarda hasilata 2021-ci ildə başlanılması planlaşdırılır. Pilot istehsala isə 2018-ci ildə başlanılacaq. Həmin 5 blokda 670 milyon barrel neft ehtiyatı var.

Xatırladaq ki, “Rosneft” İraq Kürdüstan Regional Rəhbərliyi ilə ötən ay təbii qaz müqaviləsi də imzalamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.