DÜNYA
“Rosneft” Şimali İraqdakı neft layihələrinə başlamaq niyyətindədir
Bakı, 25 iyul, AZƏRTAC
Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti İraq Kürd Regional Rəhbərliyindəki (İKRR) neft layihələrinə başlamaq niyyətindədir.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, “Rosneft” ilin sonunadək Şimali İraqdakı neft yataqlarının işlənməsini, bu ərazilərdə neft və qaz hasilatı daxil olmaqla bəzi layihələrə başlamağı planlaşdırır.
“Rosneft”in rəhbərliyi ilə Şimali İraqdakı Duhok bölgəsindən bəzi səlahiyyətlilər görüşüb. Görüşdə ötən ilin oktyabrında tərəflər arasında imzalanan razılaşmaya əsasən, “Rosneft” cari ilin sonunadək regionun bəzi neft yataqlarının işlənməsi, neft və təbii qaz hasilatını əhatə edən layihələrə başlayacağı müzakirə edilib.
Qeyd edək ki, daha əvvəl “Rosneft” İKRR ilə Şimali İraqdakı 5 blokda neft axtarışına başlamaq üçün razılığa gəldiyini açıqlayıb.
“Rosneft”, həmçinin İKRR-dən neft almaq üçün də razılığa gəlib, lakin Rəsmi Bağdad bu müqavilələrin etibarsız olduğunu söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]