İQTİSADİYYAT
“Rosneft” Vyetnamda təbii qaz axtarır
Bakı, 17 may, AZƏRTAC
Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” Vyetnamın dəniz sularında qazma işlərinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, “LD-3P” yatağında (“Lan Do”) 23 milyard kubmetr təbii qaz ehtiyatı var. Sualtı infrastrukturu inşa edilərək “Lan Tay” platforması “Block 06.1”ə birləşəcək.
“Rosneft”, eyni zamanda, “PLD-1P” kəşfiyyat quyusu ilə yanaşı, eyni bloka daxil olan “Phong Lan Dai” (“Wild Orchid”) yatağında da qazma həyata keçirməyi planlaşdırır.
“Wild Orchid” yatağı “Rosneft”in ilk dəfə beynəlxalq dənizlərdə qazma işləri apardığı zaman 2016-cı ildə aşkar edilib. Bu yatağın təbii qaz ehtiyatı 3,4 milyard kubmetr təşkil edir.
Hazırda “Rosneft” Vyetnamdakı iki dəniz blokunda qaz və kondensat hasilatı layihələrini həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]