DÜNYA


“Rosneft”in üçüncü rübdəki xalis mənfəəti proqnozlardan aşağı olub

Bakı, 6 noyabr, AZƏRTAC

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” bu ilin üçüncü rübündə 142 milyard rubl xalis mənfəət əldə edib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, hesabat dövründə “Rosneft”in faiz, vergi və amortizasiyadan əvvəlki mənfəəti isə 643 milyard rubl olub.

Bu göstəricilərlə şirkətin üçüncü rübdəki mənfəəti proqnozlardan aşağı olub. Belə ki, analitiklər qeyd edilən dövrdə “Rosneft”in xalis mənfəətinin 146,5 milyard rubl civarında olacağını proqnozlaşdırırdı.

Şirkətin üçüncü rübündə gəliri isə 2,29 trilyon rubl təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.