DÜNYA


Rosqvardiya Türkiyə xüsusi təyinatlılarının təcrübəsini öyrənəcək

Moskva, 14 may, AZƏRTAC

Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) direktoru, ordu generalı Viktor Zolotov Türkiyə xüsusi təyinatlılarının təcrübəsini öyrənmək üçün bu ölkəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, Rosqvardiyanın nümayəndəsi Valeri Qribkin TASS agentliyinə açıqlamasında səfər çərçivəsində V.Zolotovun Türkiyənin daxili işlər naziri Süleyman Soylu və Jandarm Qoşunlarının baş komandanı Arif Çetin ilə görüşlər keçirəcəyini bildirib. Rosqvardiyanın nümayəndə heyəti Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizliyi Akademiyasında tədris və xüsusi təyinatlı qüvvələrin hazırlıq prosesləri ilə tanış olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.