İQTİSADİYYAT


Ross Uilson: Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri layihələr böyük əhəmiyyətə malikdir

Tbilisi, 4 fevral, AZƏRTAC

Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi–Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat layihələri regionun inkişafı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyində, eləcə də Avropa ilə Asiyanın birləşdirilməsində mühüm rol oynayır. Potidə dərin özüllü yeni limanın tikintisi bu layihələrin əhəmiyyətini daha da artıracaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson Tbilisidə PACE şirkətlər qrupu və ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyası (OPIC) arasında Poti limanının tikintisinə dair müqavilənin imzalanma mərasimində deyib.

Diplomat bildirib ki, Azərbaycanda regionun ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilib. Batumidə Anaklia Dərin Dəniz Limanının tikintisi davam edir. Tikinti işləri başa çatdıqdan sonra üç liman arasında əlaqələr daha da genişlənəcək. Bu da İpək yolunun, Şərq-Qərb magistralının daha da genişlənməsində, beynəlxalq yük və sərnişin daşınmalarının həcminin artırılmasında mühüm rol oynayacaq. Eyni zamanda, bu, Azərbaycan və Gürcüstan xalqlarının rifahının yüksəlməsinə xidmət edəcək.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.