İQTİSADİYYAT


“Rosselxoznadzor” 12 Azərbaycan müəssisəsindən pomidor və alma tədarükünə icazə verib

Moskva, 4 dekabr, AZƏRTAC

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) dekabrın 6-dan etibarən 12 Azərbaycan müəssisəsindən pomidor və alma tədarükünə icazə verib.

AZƏRTAC xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir.

“Rosselxoznadzor” 2021-ci il dekabrın 6-dan etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor və alma tədarük edilməsinə icazə verir. Həmin müəssisələrdən yeddisində pomidor, beşində alma istehsal edilir. Bu qərar Azərbaycan ərazisində pomidor və alma yetişdirən müəssisələrdə Azərbaycanın səlahiyyətli idarəsi tərəfindən aparılmış fitosanitar monitorinqinin, laboratoriya sınaqları protokollarının və monitorinq aktlarının öyrənilməsinin yekunlarına əsasən, habelə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib.

Beləliklə, bu gün Azərbaycanın 211 müəssisəsindən və bir kooperativindən pomidor, 76 şirkətdən alma tədarük edilməsi mümkündür.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.