İQTİSADİYYAT


“Rossiya 24” Azərbaycan nefti barədə reportaj yayımlayıb VİDEO

Bakı, 13 mart, AZƏRTAC

Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın neft sənayesinə dair xüsusi reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, “Bakı barreli” adlı reportajda ölkəmizdə sənaye üsulu ilə ilk neftin hasil edilməsi və ikinci Dünya müharibəsində qələbədə Azərbaycan neftinin rolundan bəhs olunur.

Süjetdə Prezident İlham Əliyevin Davosda OPEC+ razılaşması ilə bağlı fikirlərinə yer verilib.

Reportajda Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi və yenidənqurulması, martın 17-18-də Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasları, “SOCAR Trading” şirkətinin fəaliyyəti, eləcə də Rusiyanın enerji şirkətləri ilə əməkdaşlıq əlaqələrindən danışılır.

Energetika naziri Pərviz Şabhazov OPEC+ razılaşması üzrə Azərbaycanın öhdəliyi və buna əməl etməsi, Rusiya şirkətləri ilə əməkdaşlıqdan, SOCAR-ın marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov isə şirkətin qlobal layihələrindən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.